economic and accouting, Slides of Economics

thanks for attention. thank you

Typology: Slides

2023/2024

Uploaded on 09/18/2024

nazakat-musayeva
nazakat-musayeva 🇦🇿

2 documents

1 / 407

Toggle sidebar

This page cannot be seen from the preview

Don't miss anything!

bg1
1
ABBASOV İ.M. MƏMMƏDOV İ.A.
CABBAROV A.S.
MÜHASİBAT UÇOTU
(SAHƏLƏR ÜZRƏ)
DƏRSLİK
Bakı – 2017
pf3
pf4
pf5
pf8
pf9
pfa
pfd
pfe
pff
pf12
pf13
pf14
pf15
pf16
pf17
pf18
pf19
pf1a
pf1b
pf1c
pf1d
pf1e
pf1f
pf20
pf21
pf22
pf23
pf24
pf25
pf26
pf27
pf28
pf29
pf2a
pf2b
pf2c
pf2d
pf2f
pf30
pf31
pf32
pf33
pf34
pf35
pf36
pf37
pf38
pf39
pf3a
pf3b
pf3c
pf3d
pf3e
pf3f
pf40
pf41
pf42
pf43
pf44
pf45
pf46
pf47
pf48
pf49
pf4a
pf4b
pf4c
pf4d
pf4e
pf4f
pf50
pf51
pf52
pf53
pf54
pf55
pf56
pf57
pf58
pf59
pf5a
pf5b
pf5c
pf5d
pf5e
pf5f
pf60
pf61
pf62
pf63
pf64

Partial preview of the text

Download economic and accouting and more Slides Economics in PDF only on Docsity!

ABBASOV İ.M. MƏMMƏDOV İ.A.

CABBAROV A.S.

MÜHASİBAT UÇOTU

(SAHƏLƏR ÜZRƏ)

DƏRSLİK

Bakı – 2017

Müəlliflər: i.e.d., prof. İ.M.Abbasov prof. İ.A.Məmmədov i.ü.f.d. A.S.Cabbarov

Elmi redaktor: dos. X.C.Əzizova

Rəyçilər: 1. i.e.d., prof. S.Qasımov

  1. S.M.Səbzəliyev
  2. S.Y.Müslümov
  3. F.Hacıyev

ABBASOV İ.M., MƏMMƏDOV İ.A., CABBAROV A.S. “Mühasibat uçotu (sahələr üzrə)” – dərslik. Bakı, 2017 – 424 s.

Respublikamızın xarici ölkələrlə iqtisadi, siyasi və mədəni əla- qələrinin geniş vüsət almış olduğu müasir şəraitdə kommersiya və qeyri-kommersiya sahələrində fəaliyyət göstərən subyektlərin müha- sibat uçotunun xüsusiyyətlərini özündə əks etdirən dərsliyin yazılma- sı zəruriliyini meydana çıxarmışdır. Dərslikdə istehsal, təsərrüfat he- sablı xidmət və büdcədən maliyyələşən təşkilatlar daxil olmaqla 13 sahənin mühasibat uçotunun səciyyəvi xüsusiyyətlərindən bəhs edil- mişdir. Dərslik əsasən “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanmışdır. Dərslikdən mühasiblər, iqtisadçı- lar, auditorlar və digər iqtisadyönümlü mütəxəssislər də istifadə edə bilərlər. Gələcəkdə dərsliyin təkmilləşdirilməsi məqsədi ilə oxucula- rın tənqidi qeydlərini və arzularını aşağıdakı ünvana göndərmələrini xahiş edirik. Bakı Az – 1011. H.Zərdabi prospekti 88a^ , “Mühasibat uçotu və audit” kafedrası.

MÖVZU 1. MİLLİ İQTİSADİYYAT SAHƏLƏRİNDƏ

MÜHASİBAT UÇOTUNUN TƏŞKİLİNİN NƏZƏRİ

ƏSASLARI VƏ PRİNSİPLƏRİ

1.1. Milli iqtisadiyyat sahələrinin səciyyəvi xüsusiyyətləri və onun mühasibat uçotunun təşkilinə təsiri

Mili iqtisadiyyat sahələrinin fərqli xüsusiyyətləri hər şey- dən əvvəl onların fəaliyyət istiqamətləri ilə səciyyələnir. Milli iqtisadiyyat sahələri fəaliyyət istiqamətinə görə əsasən istehsal və xidmət sahələri olmaqla iki qrupa bölünür. İstehsal fəaliyyəti ilə məşğul olan sahələrə misal olaraq sənaye, kənd təsərrüfatı, tikinti və ictimai iaşə sahələrini gös- tərmək olar. Sənaye sahəsi özü də sahədaxili xüsusiyyətlərin- dən asılı olaraq neft sənaye sahəsi, maşınqayırma, kimya, toxu- culuq, yüngül sənaye, avtomobilqayırma, gəmiqayırma, təyya- rə istehsalı, emal sənayesi və s. sahələrə ayrılır. Neft sənaye sa- həsi hasilat və emal sənaye sahələri olmaqla iki yerə ayrılır. Sə- nayenin qalan sahələri demək olar ki, qapalı şəraitdə (təbii şə- raitlə bağlı olmayan fabriklərdə, zavodlarda, sexlərdə) həyata keçirilir. Sənaye sahəsinin digər istehsal sahələrindən ən çox fərqi ondan ibarətdir ki, burada istehsal vaxtı ilə iş vaxtı üst-üstə dü- şür. Lakin istehsal prosesinin təşkili xüsusiyyətindən asılı ola- raq xırda seriyalı, iri seriyalı, fərdi, kütləvi istehsal sahələrinə ayrılırlar. Sənaye müəssisələrində istehsal vaxtı ilə iş vaxtı üst- üstə düşdüyü üçün ayın sonunda istehsal edilən məhsulların maya dəyərini hesablamaq və satılan məhsulların maliyyə nəti- cələrini aşkara çıxarmaq mümkündür. Yalnız sifariş metodu ilə istehsal edilən məhsulların (gəmiqayırma, təyyarə istehsalı, bir sıra xüsusi cihazların istehsalı və s.) istehsal tsikli uzun və de- mək olar ki, qeyri-müəyyən vaxt tələb etdiyi üçün sənaye məh-

sulu olmalarına baxmayaraq onların faktiki maya dəyəri isteh- sal başa çatdıqdan sonra hesablanır. Kənd təsərrüfatı sahəsi də milli iqtisadiyyatın istehsal sa- hələrinə daxildir. Burada da istehsalın səciyyəvi xüsusiyyəti mühasibat uçotunun aparılması, məhsulların faktiki maya dəyə- rinin hesablanması və nəhayət satışın nəticələrinin, başqa sözlə desək maliyyə nəticələrinin müəyyən edilməsinə öz təsirini göstərir. Kənd təsərrüfatı istehsalının səciyyəvi xüsusiyyəti on- dan ibarətdir ki, burada bitkiçilik və heyvandarlıq sahələri bio- loji, fiziki, kimyəvi dəyişikliklərə məruz qalır, təbii şəraitlə bağlı olaraq iş vaxtı bitir, lakin istehsal davam edir. Deməli, sə- naye istehsalından fərqli olaraq istehsal vaxtı ilə iş vaxtı üst-üs- tə düşmür və il ərzində işçi qüvvəsindən yalnız iş mövsümü dövründə istifadə olunur. Bütün bunlar istehsal xərclərinin, məhsul çıxımının uço- tuna, il ərzində istehsal edilən və satılan məhsulun faktiki maya dəyərinin hesablanmasına təsir edir. İstehsal sferasına daxil olan müəssisələrdən biri də tikinti təşkilatlarıdır. Məlum olduğu kimi müəssisələrdə həyata keçiri- lən tikinti işləri təsərrüfat üsulu və podrat üsulu olmaqla iki qaydada aparılır. Təsərrüfat üsulunda tikinti işləri müəssisənin özü tərəfindən, podrat üsulunda isə ixtisaslaşdırılmış tikinti təş- kilatları tərəfindən həyata keçirilir. Tikinti işləri sifarişçi müəs- sisə ilə podrat təşkilatı arasında bağlanan müqaviləyə əsasən yerinə yetirilir. Deməli, bu halda tikinti işlərinin uçotu sifariş metodu ilə aparılır. Verilmiş sifarişə əsasən podrat təşkilatı və yaxud layihə institutu tərəfindən smeta tərtib edilir. Podrat təş- kilatları sifariş verilmiş layihəyə və smetaya əsasən tikinti işlə- rini yerinə yetirir və hər ay yerinə yetirilmiş işlər haqqında akt tərtib edilir. Bu sənədə əsasən sifarişçi ilə podrat təşkilat ara- sında hesablaşmalar aparılır. Tikinti istehsalının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada istehsal prosesi uzunmüddət davam edir. Tikinti işlə-

sahələri əsasən büdcə vəsaiti hesabına maliyyələşir. Bütövlük- də büdcə təşkilatlarında mühasibat uçotunun təşkili Azərbay- can Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 9 fevral 2012-ci il tarixli, Q-02 N-li Qərarı ilə təsdiq edilmiş “Dövlət Büdcəsindən Maliyyələşən Təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat uçotu standartlarına uyğun olaraq Müha- sibat uçotunun təşkili və aparılmasına dair Təlimat”la tənzimlə- nir. Bu müəssisələrdə mühasibat uçotu həmin təlimatın tələblə- rinə əsasən təşkil olunur. Büdcə təşkilatlarında müvafiq təli- matla təsdiq edilmiş Hesablar Planından istifadə edilir və uy- ğun olaraq maliyyə hesabatları tərtib olunur. Bu müəssisələr maliyyələşmə mənbəyi baxımından eyni olsalar da onlarda baş verən təsərrüfat əməliyyatlarının müxtəlifliyi ilkin sənədlərin formalarıni, uçot registrlərin göstəricilərini, maliyyə hesabatla- rın məzmununu, xərclərin tərkibini bir-birindən fərqləndirir. Qeyd edilən fərqlər və xüsusiyyətlər ayrı-ayrı mövzularda ət- raflı işıqlandırılmışdır. Nəqliyyat Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitəsi- dir. Daşınma vasitələrinə dəmir yolu, avtomobil, dəniz yolu, hava, metropoliten, boru kəmərləri və s. daxildir. Nəqliyyat müəssisələri dedikdə qanunvericiliyə uyğun olaraq yük, sərni- şin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinə texniki tə- mir, yükləmə, boşaltma, liman və digər xidmətlər göstərən hü- quqi şəxslər başa düşülür. Nəqliyyat sistemində digər sahələr- dən fərqli olaraq daşıyıcı, müştəri, yükalan, yük göndərən, sər- nişin və s. anlayışlardan istifadə edilir. Banklar Milli iqtisadiyyatın digər bütün xidmət və isteh- sal sahələrinin fəaliyyətində ən çox zəruri sayılan xidmət sahə- lərindən biridir. İstehsal və xidmət sahələrinin xarici ölkələrlə inteqrasiyasının qloballaşdığı müasir şəraitdə bankların rolu da- ha da artmış olur. Banklar müəssisələr üçün əsasən aşağıdakı xidmətləri göstərir:

a) müəssisələrin ehtiyacdan artıq olan pul vəsaitlərini tə- minatlı qaydada saxlayır; b) müəssisələrin özlərinin pul vəsaitləri olmadığı hallarda onları qısa və uzunmüddətli kredit ilə təmin edir. Müasir şəraitdə bank kreditləri ilə yanaşı kommersiya kreditləri də geniş vüsət almışdır ki, bu da müəssisələrin iqtisa- diyyatının inkişafına və maliyyə nəticələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır. Respublikamızda milli iqtisadiyyatın inkişaf etdirilməsi- nə güclü təkan verən sahələrdən biri də turizm xidmətidir. Ba- zar iqtisadiyyatına keçidlə bağlı olaraq bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Turizm xidmətinin dövlət tərəfindən ha- zırlanmış dövlət proqramının icrasına riayət etmək, turizmin əsas istiqamətlərinə uyğun olaraq sahələrarası fəaliyyəti tən- zimləmək, qanunvericiliyinə riayət etmək, turların və turagent- liklərin fəaliyyətlərini gücləndirmək və s. kimi vəzifələri yerinə yetirməklə məşğul olur ki, bunlar da onu digər sahələrdən fərq- ləndirir. Respublikamızda fəaliyyət göstərən istehsal və xidmət müəssisələrinin istər ölkədaxili, istərsə də ölkəxarici iqtisadi əlaqələrinin genişləndirilməsi mehmanxana xidmətinin də inki- şafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Mehmanxana xid- məti əsasən iki vəzifəni yerinə yetirir ki, elə onu da başqa xid- mət sahələrindən fərqləndirən cəhət bundan ibarətdir: a) xarici və respublikadaxili qonaqları qəbul etmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək; b) qəbul edilmiş qonaqlara, onların gəlmək məqsədinə uyğun olaraq xidmət göstərmək; c) xidmət zamanı onlarla davranış və etik qaydalara ciddi riayət etmək. İqtisadi inkişafın müasir mərhələsində geniş yayılmış xidmət sahələrindən biri də sığorta fəaliyyətidir. Bütövlükdə sı-

yü kimi milli iqtisadiyyat sahələrində mühasibat uçotunun təş- kilində bu sahələrin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin fəaliyyəti Azər- baycan Respublikası Prezidentinin müxtəlif sərəncam və fər- manları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar- ları, müvafiq nazirliklərin əmrlər və təlimatları, nümunəvi əsas- namələri və digər dövlət idarəedici orqanları tərəfindən təsdiq edilmiş normativ-hüquqi sənədlərlə tənzimlənir. Dərslikdə milli iqtisadiyyat sahələrində mühasibat uçotu- nun xüsusiyyətlərini tələbələrə mənimsətmək üçün aşağıdakı sahələr seçilmişdir.

  1. Sənaye sahələrində mühasibat uçotunun xüsusiyyətlə- ri;
  2. Kənd təsərrüfatı sferasında mühasibat uçotunun xüsu- siyyətləri;
  3. Ticarət müəssisələrində mühasibat uçotunun xüsusiy- yətləri;
  4. İctimai-iaşə müəssisələrində mühasibat uçotunun xü- susiyyətləri;
  5. Təmir, tikinti təşkilatlarında mühasibat uçotunun xüsu- siyyətləri;
  6. Nəqliyyat müəssisələrində mühasibat uçotunun xüsu- siyyətləri;
  7. Rabitə müəssisələrində mühasibat uçotunun xüsusiy- yətləri;
  8. Sığorta şirkətlərində mühasibat uçotunun xüsusiyyətlə- ri;
  9. Bank sistemində mühasibat uçotunun xüsusiyyətləri;
  10. Təhsil müəssisələrində mühasibat uçotu;
  11. Tibb müəssisələrində mühasibat uçotunun xüsusiy- yətləri;
  12. Turizm xidmətində mühasibat uçotunun xüsusiyyətlə- ri;
  1. Mehmanxana xidmətində mühasibat uçotunun xüsu- siyyətləri. Milli iqtisadiyyat sahələri maliyyələşmə mənbələri və ümumilikdə iqtisadiyyatın inkişafındakı roluna görə bir neçə oxşar və fərqli qruplara bölünür. Məsələn, Kommersiya Təşki- latları, Büdcədən Maliyyələşən Təşkilatlar, Qeyri-hökumət Təşkilatları, kiçik sahibkarlıq subyektləri və s. Kommersiya təşkilatları özləri də “İctimai əhəmiyyətli qurumlara daxil olan və olmayan təşkilatlar” olmaqla iki qrupa bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2005-ci il tarixli qərarı ilə ictimai əhəmiyyətli qurumlar üçün aşağıdakı meyarlar təsdiq edilmişdir:
  2. İllik gəlir (milyard manatla) – 150,
  3. Hesabat ilində işçilərin orta illik sayı – 1200 nəfər
  4. Balansın yekun məbləği (milyard manatla) – 500,0. Bu meyarlar Azərbaycan Respublikası Nazirlər Kabineti- nin müvafiq qərarı ilə dəyişdirilmiş və müvafiq olaraq 120, 1500 və 300 milyard manat olmuşdur. Bu meyarlardan ikisini ödəyən müəssisələr “İctimai əhəmiyyətli qurumlar” hesab olu- nurlar və həmin qurumlarda uçot “Mühasibat uçotunun qurul- ması və aparılması və hesabatların tərtibi Beynəlxalq Standart- lara” əsasən həyata keçirilir. Bu müəssisələrə misal olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Neft Şirkəti, H.Əliyev adına Bakı Neftayırma Zavodu, Bakı Metropoliteni, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Azəriqaz Qapa- lı Səhmdar Cəmiyyəti, Azərsu Açıq Səhmdar Cəmiyyəti, Azte- lekom İstehsalat Birliyi, Azərkimya Dövlət Şirkəti və s. göstər- mək olar. Yuxarıda göstərilən meyarların ikisini ödəməyən şir- kətlər, cəmiyyətlər, birliklər və s. müəssisələr ictimai əhəmiy- yətli qurumlar hesab olunmur və özlərinin mühasibat uçotunu “Mühasibat uçotunun Milli Standartlarının” tələblərinə uyğun olaraq təşkil edirlər.

vəzifələri və onların müştərilərlə (alıcılarla) münasibətdə səla- hiyyət dairələri barədə də tövsiyələr əks etdirilmişdir. Dərslikdə öyrənilən mövzulardan biri də özünəməxsuslu- ğu ilə fərqlənən “Təmir, tikinti təşkilatlarında mühasibat uçotu- nun xüsusiyyətləri” mövzusudur. Milli iqtisadiyyatın mühüm sahələrindən biri olan tikinti təşkilatlarında yerinə yetirilən iş- lərin başa çatması çox uzun müddət tələb edir. Elə ona görə də sifarişçi ilə podrat təşkilatları arasında aparılan hesablaşmalar mərhələlər üzrə həyata keçirilir. Bütün bu əlamətlər təmir, ti- kinti sahəsinin idarə olunması qaydalarına da öz təsirini göstə- rir. Tikinti sahəsində işlərin təşkili və idarə olunması Azərbay- can Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli Fər- manı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsal- ma və Tikinti Məcəlləsi” ilə tənzimlənir. Azərbaycan Respubli- kasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

  1. Sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi;
  2. Təhlükəsizliyin təmin edilməsi;
  3. Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi;
  4. Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi;
  5. Tarixi landşaftın və mədəni irs obyektlərinin qorunma- sı;
  6. İctimaiyyətin məlumatlandırılması. Nəqliyyat sahəsində dövlət idarəetməsinin əsas istiqamət- ləri və bu sahənin səciyyəvi xüsusiyyətləri aşağıdakılardan iba- rətdir:
  7. Nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi- texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növ- lərinin inkişafına dair proqramların işlənib hazırlanmasının və yerinə yetirilməsinin təşkili;
  1. Nəqliyyat kompleksinin təhlükəsiz, səmərəli və ahəng- dar işinin təmin edilməsi üzrə dövlət tənzimlənməsinin həyata keçirilməsi;
  2. Nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair nor- mativlərin hazırlanması;
  3. Beynəlxalq nəqliyyat xidmətləri bazarında milli nəq- liyyat kompleksinin fəaliyyətinin səmərəliliyinin və rəqabətə davamlılığının artırılması, xarici investisiyaların cəlb edilməsi;
  4. Xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı. Milli iqtisadiyyatın xidmət sahələrindən biri də rabitə müəssisələridir. Rabitə müəssisələrinin əsas vəzifəsi hüquqi və fiziki şəxslərin bütün növ informasiyalara olan tələbatını ödə- məkdən və elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək- dən, beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrini ha- zırlamaqdan, informasiya təhlükəsizliyini təmin etməkdən, ra- bitə xidmətlərini həyata keçirməkdən və sairdən ibarətdir. Azərbaycan Respublikasında rabitə sistemi Nəqliyyat Ra- bitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən idarə olu- nur. Rabitə sisteminin idarə olunmasında Azərbaycan Respub- likasının qanunvericiliyi və Nazirliyin Əsasnaməsi rəhbər tutu- lur. Müxtəlif sahələrdə konkret idarəetməni həyata keçirmək məqsədi ilə 1998-ci ildən 2017-ci ilə qədər 33 adda Qaydalar hazırlanmış və müvafiq Nazirlikdaxili qurumlara paylanılmış- dır. Sığorta sistemində idarəetmənin vəzifələri və xüsusiyyət- ləri əsasən aşağıdakılardan ibarətdir:
  5. Sığorta bazarının inkişaf etdirilməsi və sığorta sistemi- nin təkmilləşdirilməsi üçün müvafiq tədbirlərin həyata kecırıl- məsi;
  6. Sığorta işini, həmçinin sığorta bazarını tənzimləmək və sığorta fəaliyyətinə nəzarəti həyata keçirmək;

lət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverən- lərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsil- alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən- ləşdirir. Respublikamızda fəaliyyətdə olan tibb sistemi Azərbay- can Respublikası Prezidentinin 27 iyun 1997-ci il tarixli, 360 – İQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən idarə olunur. Qanun 10 fəsildən və 62 maddədən ibarət- dir. Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin və- zifələri aşağıdakılardan ibarətdir:

  1. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət si- yasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hü- quq və azadlıqlarının müdafiəsi;
  2. Sağlamlığın qorunması sahəsində dövlət proqramları- nın hazırlanması və həyata keçirilməsi;
  3. Səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;
  4. Dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;
  5. Ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin tə- min edilməsi;
  6. İcbari tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
  7. Əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım gös- tərilməsinə təminat verilməsi;
  8. Dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;
  9. Ailənin, valideynlərin və uşaqların mühafizəsi;
  10. Səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Yuxarıda sadalanan vəzifələrdən göründüyü kimi tibb sa- həsi milli iqtisadiyyatın digər sahələrindən köklü surətdə fərq- lənir. Turizm sahəsində dövlət əsasən aşağıdakı tədbirləri həya- ta keçirir ki, bu da onun başqa sahələrdən fərqli xüsusiyyətləri- ni göstərir:

  1. Turizm sahəsinin əsas istiqamətlərini müəyyən edir;
  2. Turizmin inkişafına dair dövlət proqramını və onun normativ bazasını işləyib hazırlayır;
  3. Turizmdə həm sahələrarası, həm də regionlararası fəa- liyyəti tənzimləyir və əlaqələndirir;
  4. Azərbaycan Respublikasını turizm ölkəsi kimi tanıt- maq məqsədi ilə informasiya şəbəkəsi yaradır.
  5. Beynəlxalq Turizm Təşkilatlarında Azərbaycan Res- publikaşının nümayəndəliklərini yaradır ,turizm sahəsində əməkdaşlıq üzrə müqavilələr bağlayır və onların həyata keçiril- mə mexanizmini işləyib hazırlayırlar;
  6. Ərazi – turizm ehtiyatları kimi qəbul edilmiş obyektlə- rin qorunmasını təşkil edir;
  7. Turizm sahəsində peşə-ixtisas təhsili üzrə istiqamətləri və ixtisasların siyahısını müəyyən edir;
  8. Turizm qanunvericiliyinin icrasına nəzarət edir;
  9. Turizm sahəsində standartlaşdırma və sertifikatlaşdır- ma qaydalarını hazırlayır;
  10. Turizm təşkilatlarının reyestrini aparır;
  11. Mülkiyyət formasından və tabeçiliyindən asılı olma- yaraq turizm fəaliyyəti ilə məşğul olan və turistlərə xidmət gös- tərən bütün müəssisələrdə xidmətlərin dövlət standartlarına uy- ğunlaşdırılmasına nəzarət edir. Milli iqtisadiyyatın ən mühüm sahələrindən biri də Meh- manxana xidmətidir. Milli iqtisadiyyatın bu sahəsi “Tourism”in müəllifliyi ilə işlənib hazırlanmış və 23 yanvar 2017-ci il təsdiq

iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə və yaxud bir neçə sahəsinə aid olan normativ-hüquqi sənədlər hazırlamışdır. Bu normativ- hüquqi sənədlərin tələb və müddəalarına istinad edərək müva- fiq nazirliklər və komitələr tərəfindən nümunəvi (sahəvi) təli- matlar və qaydalar hazırlayaraq tabeçiliklərində olan müəssisə- ləri sahəvi normativ-hüquqi sənədlərlə təmin etmişlər. Müəssi- sələr isə nümunəvi təlimatlardan istifadə edərək öz müəssisələ- rində baş verən əməliyyatların səciyyəvi xüsusiyyətlərini özün- də əks etdirən uçot siyasətini işləyib hazırlayırlar. Milli iqtisa- diyyatın elə sahələri də vardır ki, müəssisələr daxili təlimat və qaydalar hazırlamadan öz fəaliyyətlərini birbaşa Azərbaycan Respublikası nazirlər Kabinetinin qərar və sərəncamlarını və yaxud Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq sahə nazirlikləri tərəfindən hazırlanmış normativ-hüquqi sənəd- lərə əsasən qururlar və aparırlar. Məsələn, ictimai əhəmiyyətli qurumlar maliyyə hesabatların tərtibini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kommersiya təşkilatları Azərbay- can Respublikası Maliyyə Nazirliyinin müxtəlif tarixlərdə (18.04.2006, 3 standart, 23.07.2007, 9 standart, 29.12.2007, 15 standart, 13.01.2009, 10 standart, cəmi 37 standart) təsdiq et- miş olduğu “Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na, Büdcə təşkilatları Azərbaycan Respubli- kası Maliyyə Nazirliyinin təsdiq etmiş olduğu “Büdcə təşkilat- ları üçün Milli Mühasibat Uçotu Standartları”na, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 9 fevral 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət Büdcəsindən Maliy- yələşən Təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat uçotu standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”a əsasən aparırlar. Aydın məsələ- dir ki, dərslikdə öyrənilən 13 sahənin müəssisələrinin fəaliyyət istiqamətləri müxtəlif olduğu üçün mühasibat uçotunun təşkili və tənzimlənməsi metodu da müxtəlif olacaqdır ki, bu da onla- rın idarəolunma müxtəlifliyi ilə səciyyələnir.

Turizm – Azərbaycan Respublikası vətəndaşlarının və di- gər şəxslərin qanunvericiliklə nəzərdə tutulmayan fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət etmək üçün yaşayış yerlərin- dən müvəqqəti getmələridir. Turizm fəaliyyəti turizm yollayışı vasitəsi ilə rəsmiləşdirilir və turagentlər və turoperatorlar vasi- təsi ilə həyata keçirilir. Turizm təşkilatlarında mühasibat uçotunun təşkilində Milli Mühasibat uçotu Standartlarından və Azərbaycan Res- publikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq Təlimat və Qaydalardan istifadə edilir. Nəqliyyat – Azərbaycan Respublikası ərazisində yüklərin və sərnişinlərin daşınma vasitələrinin məcmusudur. Nəqliyyat müəssisəsi yük və sərnişin daşımaları və yükləmə, boşaltma və s. xidmətlər göstərən hüquqi şəxsdir. Nəqliyyat müəssisələrinin Mühasibat uçotu Milli iqtisa- diyyatın bütün sahələri üçün qüvvədə olan normativ-hüquqi sə- nədlərlə yanaşı özünəməxsus xüsusi normativ sənədlərlə də tənzimlənir. Nəqliyyat müəssisələrinin fəaliyyəti əsasən Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1999-cu il tarixli, 683- İQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası- nın Nəqliyyat haqqında Qanun” və “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”dir. Qanunun 8-ci maddəsinin 2-ci bəndində deyilir: “Nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini kommersiya və təsərrüfat hesabı prinsipləri əsasında həyata keçirirlər”. Deməli, nəqliyyat müəs- sisələrində mühasibat uçotunun təşkili və aparılması Azərbay- can Respublikası Maliyyə Nazirliyinin yuxarıda sadalanan “Kommersiya Təşkilatlarında Milli Mühasibat uçotu Standart- ları” ilə tənzimlənir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyəti aşağıdakı normativ-hü- quqi sənədlərlə tənzimlənir: